• çərşənbə axşamı, 16 aprel, 11:53
  • Baku Bakı 14°C

Balabanın UNESKO siyahısına daxil olunması üçün müraciət edildi

06.04.20 13:45 926
Balabanın UNESKO siyahısına daxil olunması üçün müraciət edildi
Türkiyə 4 obyektin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edib.
"Report” "Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat verib.
Qeyd olunur ki, onlardan biri milli, digərləri çoxmillətlidir.
Çoxmillətli ərizələr sırasında çay mədəniyyəti, Azərbaycanla birlikdə balaban (nəfəsli alətin hazırlanması ustalığı və ifaçılıq sənəti) və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Türkmənistanla əməkdaşlıq şəklində Xoca Nəsrəddin lətifələri təklif olunub.
banner

Oxşar Xəbərlər