• cümə axşamı, 25 aprel, 09:07
  • Baku Bakı 14°C

Baku Chess-2016: Şahmat Olimpiadasında III turun oyunları keçirilib

04.09.16 22:22 1358
Baku Chess-2016: Şahmat Olimpiadasında III turun oyunları keçirilib
Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət əsas millilərimiz uyğun olaraq Polşa və Macarıstanla qarşılaşıblar. Hər iki millimiz qələbəyə sevinib - 3:1 və 2.5:1.5.

Kişilərdən ibarət ikinci yığmamız Hindistana uduzub, üçüncü millimiz isə Livanı məğlub edib.

İkinci qadın millimiz isə Almaniya ilə heç-heçə oynayıb. Qadınlardan ibarət üçüncü komandamız isə Qırğızıstanı xalsız qoyub.

Olimpiada – 2016
III tur
Kişilər
Azərbaycan-1 (2706) – Macarıstan (2655) - 3:1
Azərbaycan-2 (2576) – Hindistan (2651) - 1:3
Azərbaycan-3 (2350) – Livan (2176) - 4:0
İki turdan sonra turnir cədvəli:1.Rusiya,2. Azərbaycan-1, 3.Polşa – 4 xal,...20.Azərbaycan-2- 4 xal,...74.Azərbaycan-3– 2 xal.

Qadınlar
Polşa (2360) – Azərbaycan-1 (2320) - 1.5:2.5
Azərbaycan-2 (2248) – Almaniya (2371) - 2:2
Qırğızıstan (1858) – Azərbaycan-3 - 0:4

İki turdan sonra turnir cədvəli:1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,...19.Azərbaycan-1- 4 xal,...28. Azərbaycan 2- 4 xal,...41. Azərbaycan -3- 2 xal...
banner

Oxşar Xəbərlər