• cümə axşamı, 28 mart, 13:46
  • Baku Bakı 16°C

Bakının güclü küləyi 6 nəfəri xəstəxanalıq etdi

24.06.14 09:34 841
Bakının güclü küləyi 6 nəfəri xəstəxanalıq etdi
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, güclü küləyin törətdiyi fəsadlar nəticəsində 8 nəfər xəsarət alıb.
Onların 4-nün kişi, 4-nün isə qadın olduğunu deyən Z.Vahidovanın sözlərinə görə, təcili yardıma bununla bağlı müraciətlər yalnız iyunun 22-də müraciət daxil olub: “Belə ki, Bakıda 6 nəfərin üzərinə ağac qırılaraq düşüb. 2 qadın, 4 kişi olan xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində ilkin tibbi yardım göstərilib. Bilgəh kəndiqəsəbəsində 1 qadının üzərinə şüşə düşüb. Onda ənsə nahiyəsinin kəsilmiş yarası qeydə alınıb. Həmin qadın xəstəxanaya getməkdən imtina edib və ona tibbi yardım göstərildikdən sonra evə aparılıb. Bundan əlavə, şəhərin mərkəzində yeni tikilən binanın 16-cı mərtəbəsindən kərpic uçaraq qadının üzərinə düşüb. Ona da yerində ilkin tibbi yardım göstərilib”.
banner

Oxşar Xəbərlər