• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

Bakının ən böyük prospektində ağır qəza: avtomobillər alovlandı

05.06.14 18:40 995
Bakının ən böyük prospektində ağır qəza: avtomobillər alovlandı
Bu gün axşam saatlarında Bakının ən böyük prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza prospektin şəhərdən Heydər Əliyev adına hava limanına gedən istiqamətdə, Nizami rayon 23 saylı Polis Bölməsinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində biri yolsuzluq avtomobili, digəri isə "Mercedes" olmaqla iki maşın toqquşub. Zərbənin təsirindən avtomobillər alovlanıb. Qəza nəticəsində baş vermiş yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Hadisə zamanı xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.
banner

Oxşar Xəbərlər