• şənbə, 20 Aprel, 02:43
  • Baku Bakı 15°C

Bakının bu ərazilərində su olmayacaq

28.01.20 11:33 955
Bakının bu ərazilərində su olmayacaq
Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
banner

Oxşar Xəbərlər