• cümə, 26 Aprel, 07:50
  • Baku Bakı 12°C

Bakının bəzi ərazilərində niyə "Bakıkart" aparatı qoyulmur? - RƏSMİ AÇIQLAMA

28.12.21 15:30 324
Bakının bəzi ərazilərində niyə "Bakıkart" aparatı qoyulmur? - RƏSMİ AÇIQLAMA
Bakının bəzi avtobus dayanacaqlarında ''BakıKart'' terminalı yoxdur. Avtobusların əksəriyyətində isə ödəniş "BakıKart"la edilir. Terminalların olmaması sərnişinlərin işini çətinə salır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyin (BNA) mətbuat xidmətinin rəhbəri Mais AğayevTrend-ə açıqlamasında bildirib ki, sentyabrdan başlayaraq sərnişinlərimizin ''BakıKart''ın balansını daha rahat artıra bilməsi üçün müasir texnalogiyalara əsaslanan eyni əlavə imkanlar yaradılıb.
Onun sözlərinə görə, nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimizə BakıKartın balansını artımaq imkanı yaradılıb.
"Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 MilliÖn və 50 ədəd ''BakıKart'' terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün MilliÖn terminalları BakıKart ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. ''MilliÖn'' terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi BakıKart balansınızı da artıa bilərsiz. Nəzərə alsaq ki Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox ''MilliÖn'' var bu artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, BakıKartın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində kart axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə iaşə obyektlərində olan ''MilliÖn'' terminalları ilə edə bilərlər.", - deyə M.Ağayev bildirib.
banner

Oxşar Xəbərlər