• cümə axşamı, 25 aprel, 17:40
  • Baku Bakı 23°C

Bakının AVRO-2020 mübarizəsində növbəti rəqibi müəyyənləşdi

04.06.13 12:34 1405
Bakının AVRO-2020 mübarizəsində növbəti rəqibi müəyyənləşdi
Azərbaycan 2020-ci il futbol üzrə Avropa çempionatını (AVRO-2020) keçirmək uğrunda mübarizədə növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin paytaxtı London da Bakı kimi qitə çempionatının final mərhələsinin oyunlarını təşkil edəcək 13 şəhərdən biri olmaq iddiasını irəli sürüb.
Belə ki, İngiltərə Futbol Assosiasiyasının sədri Devid Bernşteyn UEFA-ya bununla bağlı rəsmi müraciət etdiklərini bildirib: “Mən başa düşürəm ki, Türkiyənin həmin ildə Yay Olimpiya Oyunlarına ev sahibi olmasa, Avropa çempionatını keçirməyə yaxşı şansı var. Biz 2 sifariş ərizəsi hazırlamışıq. Bunlardan biri yarımfinal və finalı keçirməyi özündə cəmləşdirir. Digəri daha erkən mərhələdəki oyunları - o cümlədən İngiltərə yığmasının “Umebli” stadionundakı ev matçlarıdır. Hərçənd aydındır ki, hər iki ərizəni qazanılmağı heç cür mümkün deyil”.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev Bakının AVRO-202O-yə keçirməyə namizədliyinin irəli sürülməyi ilə bağlı tədbirlər planı haqda mayın 22-də sərəncam imzalayıb.
banner

Oxşar Xəbərlər