Bakıətrafı bəzi qəsəbələrdə suyun verilməsində məhdudiyyətlər yaranıb
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə "APA-Economics"ə "Azərsu"dan məlumat verilib.
Bildirilib ki, hazırda qəzanın aradan qaldırılması üçün işlər aparılır.