• şənbə, 20 Aprel, 12:59
  • Baku Bakı 23°C

Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi başlayıb - Fotolar

02.10.16 10:08 1583
Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə  dua mərasimi başlayıb - Fotolar
Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb.Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxış edib.APA-nın məlumatına görə, o, Xristian dininin müqəddəs kitabı olan "İncil”dən sitatlar gətirib.
Trendin yaydığı məlumata görə isə RomaPapası Fransisk çıxışında dünyaya iman, sülh və ədalət mesajı verib.Roma papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: "İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir".

Roma papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: "İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür”.
Mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.

Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidentiİlham Əliyev, hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidindəQafqaz Müsəlmanları İdarəsirəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.




banner

Oxşar Xəbərlər