• cümə axşamı, 18 aprel, 13:53
  • Baku Bakı 22°C

Bakıdakı dünya çempionatına gələcək ölkələrin sayı bəlli olub

22.05.21 14:45 1007
Bakıdakı dünya çempionatına gələcək ölkələrin sayı bəlli olub
Mayın 27-29-da Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatına qatılacaq ölkələrin sayı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ilk dəfə ev sahibliyi edəcəyimiz mundialda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.
3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək.
Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Azərbaycan yığması isə yarışa 12 idmançı ilə qatılacaq. Komandamızın heyətində Vladimir Dolmatov, Nurjan Cabbarlı, Mədinə Mustafayeva, Emil Quliyev, İmran İmranov, Elçin Məmmədov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimli yer alacaq.
banner

Oxşar Xəbərlər