Bakıdakı atışmaya görə 3 nəfər saxlanılıb - RƏSMİ

Bakıdakı atışma ilə əlaqədar 3 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 1 ədəd cinayətdə istifadə olunan tapança götürülüb.
Əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonu ərazisində atışma baş verib. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.
