• cümə axşamı, 25 aprel, 20:02
  • Baku Bakı 21°C

Bakıda zəncirvari qəza, yaralı var

29.05.14 07:48 898
Bakıda zəncirvari qəza, yaralı var
Baş verən qəzada bir nəfər ağır yaralanıb.
"Howo” markalı yanacaq daşıyan yük maşınının sürücüsü qəfil idarəetməni itirib. Sürücü əvvəlcə dayanacaqda dayanan "VAZ 2107” markalı minik avtomobilini vurub. Yük maşının vurduğu "Opel” qarşısında hərəkət edən "Mersedes”ə, "Mersedes” isə "Toyota”ya çırpılıb. Zərbənin təsirindən idarə etməni itirən "Toyota” dayanacaqda dayanan 26 yaşlı Ziya İbrahimovu vurub. Hərəkətini davam etdirən yanacaq daşıyan maşın daha sonra bir başqa "Mersedes” və "Nissana”a çırpılıb.
Dərhal hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisinin əməkdaşları və Təcili Tibbi yardım gəlib. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Qəzanı törədən sürücü isə, hadisə yerindən qaçıb. Yararsız hala düşmüş avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
Şahidlərin sözlərinə görə, qəzaya "Howo” markalı yanacaq daşıyan maşının əyləc sistemində yaranan nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır./apa/
banner

Oxşar Xəbərlər