• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Bakıda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, tıxac yarandı

15.01.19 17:57 909
Bakıda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, tıxac yarandı
Bakıda zəncirvari yol qəzası baş verib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.
"Vaz 21015" markalı 90 NV 852 dövlət nömrə nişanlı avtomobil iğıqforun qırmızı işığının tələblərini pozması nəticəsində "Mercedes ML" markalı 90 VA 303 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Hadisə nəticəsində "Reno" markalı 99 JR 592 dövlət nömrə nişanlı və "Mercedes" markalı 10 SU 058 dövlət nömrə nişanlı avtomobillər də həmin maşınlarla toqquşub.
Qəzada "Reno" markalı avtomobilin sürücüsü xəsarət alıb.
Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.
Hazırda əraziyə yol polisləri cəlb edilib və yolda hərəkəti bərpa etməyə çalışırlar.
banner

Oxşar Xəbərlər