• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

Bakıda yol polisi reydlərə başlayıb

16.09.13 10:10 1369
Bakıda yol polisi reydlərə başlayıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, reyd yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt məktəblərinin yanında dayanma və durma qadağan olunmuş yerlərdə avtomobil park edən sürücüləri aşkarlamaq məqsədilə keçirilir.
V. Əsədov bu gün Yasamal və Səbail rayonlarında təhsil ocaqlarının yaxınlığında dayanma və durma qaydasını pozan 27 avtomobilin evakuasiya edildiyini bildirib.
Şöbə rəisi həmçinin qeyd edib ki, bu saata kimi paytaxtda 2 yol qəzası baş verib və qəzalar xəsarətsiz ötüşüb.
banner

Oxşar Xəbərlər