• cümə axşamı, 25 aprel, 13:54
  • Baku Bakı 23°C

Bakıda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

13.04.19 12:45 1096
Bakıda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 27-də təşkil olunacaq.
NazirlikdənAZƏRTAC-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə etmək olar. (e-mail:[email protected], tel: 012 493 23 77).
Ərizə-müqavilə ən gec avqustun 31-i tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Eyni zamanda ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.
banner

Oxşar Xəbərlər