• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Bakıda vətəndaşı şantaj edən "baxıcı" tutulub

18.01.22 11:00 417
Bakıda vətəndaşı şantaj edən "baxıcı" tutulub
Bu barədə"Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin ("baxıcı") onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər