• cümə axşamı, 18 aprel, 14:56
  • Baku Bakı 22°C

Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub

18.01.21 09:00 400
Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS” icazə, "icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.
Yanvarın 25-dən isə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
banner

Oxşar Xəbərlər