• cümə axşamı, 25 aprel, 00:43
  • Baku Bakı 19°C

Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb

23.12.21 12:15 308
Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb
Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)Kaspi.az-a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.
""Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.
Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır", - məlumatda deyilr.
banner

Oxşar Xəbərlər