• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Bakıda tanınmış həkimin evindən külli miqdarda oğurluq edən şəxslər həbs edilib

17.10.17 20:45 3406
Bakıda tanınmış həkimin evindən külli miqdarda oğurluq edən şəxslər həbs edilib
Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.
APA-nın xəbərinə görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min diollarlıq saatını oğurlayıblar.
Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə bu il iyulun 29-da axşam saatlarında, K. Abdullayevin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evdə baş verib.
Dörd naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayaraq işgəncəyə məruz qoyublar. İlkin məlumata görə, həmin şəxslər evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
banner

Oxşar Xəbərlər