• şənbə, 20 Aprel, 13:11
  • Baku Bakı 23°C

Bakıda tanınmış aktyorun evi qarət edilib

09.09.17 12:15 784
Bakıda tanınmış aktyorun evi qarət edilib
Bakıda tanınmış aktyorun evindən oğurluq olub.APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.
AktyorunAPA-ya verdiyi məlumata görə, sentyabrın 8-də qardaşının evlənəcəyi xanımın qız toyu olub. Ailə toya gedib və evdə heç kim qalmayıb. Ailə üzvləri evə sentyabrın 9-u saat 00.15-də qayıdıb və oğurluq edildiyinin şahidi olub. Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.
Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr aparır, mənzildən əl-barmaq izləri götürülür. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.
banner

Oxşar Xəbərlər