• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb

09.12.21 13:00 216
Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb
Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə"Report"a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan "AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.

banner

Oxşar Xəbərlər