• cümə, 29 Mart, 09:02
  • Baku Bakı 5°C

Bakıda sevdiyi qızı güllələyən şəxsin məhkəmə istintaqı başa çatdı

19.04.19 20:18 792
Bakıda sevdiyi qızı güllələyən şəxsin məhkəmə istintaqı başa çatdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.
İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, 15 ünvanında qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib.
Həmçinin o, A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanın əlindən və çiynindən güllələyib.
banner

Oxşar Xəbərlər