• cümə, 19 Aprel, 23:57
  • Baku Bakı 24°C

Bakıda sərxoş sürücü piyadanı vurub

21.05.21 09:15 512
Bakıda sərxoş sürücü piyadanı vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APAxəbər verir ki, hadisə "Komsomol dairəsi” kimi tanınan ərazidə 1975-ci il təvəllüdlü Əhmədov Səməd Faiq oğlu yolun müəyyən edilmiş hissəsindən keçərkən onu "Opel” markalı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Opel” markalı avtomobilin sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən olunub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdədir.
banner

Oxşar Xəbərlər