• şənbə, 20 Aprel, 17:19
  • Baku Bakı 23°C

Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi

21.11.19 09:36 769
Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Səbail rayonunun Sahil qəsəbəsi, 20-ci sahə ərazisində baş verib.
Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Daha bir sərnişin - 17 yaşlı oğlana yerində yardım edilib.
banner

Oxşar Xəbərlər