• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

17.01.22 17:28 474
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Bakının Yasamal rayonunun Məhəmməd Xiyabani küçəsində "Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə"Kaspi"yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, hadisə "Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.
banner

Oxşar Xəbərlər