• çərşənbə, 24 Aprel, 21:51
  • Baku Bakı 23°C

Bakıda sabiq prokurora yenidən hökm oxundu

14.09.21 18:50 257
Bakıda sabiq prokurora yenidən hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroruSamir Nəsirov, onunla birlikdə təqsirləndirilənFərid EldarovvəMətləb Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report”xəbər verir ki, hakimFaiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə F. Eldarovla M. Həsənovun hər biri 5 il,S. Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M. Həsənovun barəsindəverilənpolisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalındahəbs olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.
O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.
Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilibvəo, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.
banner

Oxşar Xəbərlər