• cümə, 29 Mart, 08:59
  • Baku Bakı 5°C

Bakıda “Qız qalası. Qadın olmaq – qadınlar sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı keçiriləcək

13.11.20 11:00 630
Bakıda “Qız qalası. Qadın olmaq – qadınlar sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı keçiriləcək
Latviyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi ilə birgə noyabrın 16-dan 24-dək "Qız qalası. Qadın olmaq - qadınlar sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı təşkil edir.
AZƏRTACxəbər verir ki, builki festival qadınların sülh üçün qərar qəbul etmə proseslərində ədalətli şəkildə təmsil olunmalarını vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadinlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı qətnaməsinə həsr edilib. Festivalın əsas mövzusu "Qadınlar sülh uğrunda”dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara COVID-19 pandemiyası dövrü və eləcə də müharibələrin təsirlərinin qadınların həyatında məişət zorakılığının müasir incəsənət vasitəsilə aradan qaldırılması üzrə təcrübələrini bölüşməyə şərait yaradacaq.
Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir. Bu elementlərin hər biri incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təbliğatı və gücləndirilməsi üçün yeni strategiyada bir özül kimi qəbul edilə bilər.
Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirlər dolaşan Qız qalasının adından götürülüb.
banner

Oxşar Xəbərlər