• cümə axşamı, 28 mart, 12:22
  • Baku Bakı 16°C

Bakıda qaz yatağı partladı: iki nəfər öldü

18.06.14 15:38 1205
Bakıda qaz yatağı partladı: iki nəfər öldü
ARDNŞ-dən APA-ya verilən məlumata görə, bu gün “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.
Hadisənin səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər