• şənbə, 20 Aprel, 10:18
  • Baku Bakı 14°C

Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb

01.12.21 18:45 384
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb
Bakıda bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat XidmətindənKaspi.az-a verilən məlumata görə, dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.
Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər