• cümə, 26 Aprel, 18:40
  • Baku Bakı 22°C

Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ

20.05.21 15:28 737
Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ
Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.
Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər