• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

Bakıda növbəti avtobus qəzası: yaralılar var

13.06.14 08:45 922
Bakıda növbəti avtobus qəzası: yaralılar var
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Azadlıq prospekti-189 ünvanında qeydə alınıb. 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı saat 08.45-də təcili yardıma məlumat daxil olub. O.Şahmaliyev qeyd edib ki, 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun “Wolksvagen” və “Hyundai” markalı iki minik avtomobili ilə toqquşması nəticəsində yaralananlar var: “Hadisə yerinə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 3 nəfər qadın xəsarət alıb və onlar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib”./apa/
banner

Oxşar Xəbərlər