Bakıda motosiklet sürücüsünü avtomobil vurub
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APAxəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
1998-ci il təvəllüdlü İbrahimov Nuran Gündüz oğlu idarə etdiyi motosikletdən düşərkən onu minik avtomobili vurub.O, sol bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.