• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək

26.02.20 11:22 782
Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək
Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işlərin ilin sonunacan yekunlaşdırılacağı gözlənilir:"Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzillərin tikintisini vaxtında və keyfiyyətli tamamlayaraq istifadəyə verək”.
Sədrin sözlərinə görə, işlərin hamısı mərhələli şəkildə olacaq: "Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq".
Rövşən Rzayev əlabə edib ki, Samuxda da yeni qəsəbənin salınması gözlənilir: "Bir binamız Ağdamda 50 mənzildən ibarət olacaq. 45 ailəlik bina Lənkəranda, 30 fərdi evə isə Füzulinin işğaldan azad olunmuş ərazisində tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".
banner

Oxşar Xəbərlər