• cümə, 26 Aprel, 18:17
  • Baku Bakı 22°C

Bakıda mənzildə meyit aşkarlandı

18.06.14 14:08 857
Bakıda mənzildə meyit aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1932-ci il təvəllüdlü Həkinskaya Sürəyya mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından keçərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən S. Həkinskaya huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S. Həkinskayanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
banner

Oxşar Xəbərlər