• cümə, 29 Mart, 06:32
  • Baku Bakı 5°C

Bakıda ölümlə nəticələnən qəza törədən olimpiya çempionu barəsində cinayət işi başlanıb

25.07.17 12:10 1095
Bakıda ölümlə nəticələnən qəza törədən olimpiya çempionu barəsində cinayət işi başlanıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib.
L. Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, hadisə iyulun 20-də Yasamal rayonunda baş verib.Füzuliküçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lyudmila Yeqorovna idarəetməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ü. Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb.
Qeyd edək ki, Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarında həndbol üzrə çempionu olub.
banner

Oxşar Xəbərlər