• cümə, 19 Aprel, 07:02
  • Baku Bakı 13°C

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 53 ölkədən idmançılar iştirak edəcəklər

20.01.20 17:30 1387
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 53 ölkədən idmançılar iştirak edəcəklər
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.
AZƏRTACAzərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 53-dür. Yarışda ümumilikdə 332 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.
Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
banner

Oxşar Xəbərlər