• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi

07.06.20 12:15 706
Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi
Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Iiyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.
E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərkətləri davam etdirilir.
banner

Oxşar Xəbərlər