• şənbə, 20 Aprel, 03:15
  • Baku Bakı 15°C

Bakıda intihara cəhd edən şəxs xilas edilib

12.10.19 10:30 684
Bakıda intihara cəhd edən şəxs xilas edilib
Bakı şəhərində intihara cəhd olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
banner

Oxşar Xəbərlər