• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib

10.08.20 10:15 513
Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib
Bu gün səhər saat 06:00-dan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti bərpa edilib.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır:
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
banner

Oxşar Xəbərlər