• cümə, 19 Aprel, 07:02
  • Baku Bakı 13°C

Bakıda güclü partlayış: yaralılar var

11.06.14 16:11 1225
Bakıda güclü partlayış: yaralılar var
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Ocaq " ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində bunkerin içərisində və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb. Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıb. Mebel fabriki və əraziyə yığılmış taxta məmulatları yanğından mühafizə olunub.
Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər