• cümə axşamı, 25 aprel, 09:31
  • Baku Bakı 14°C

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyü məlum oldu

26.04.19 13:07 575
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyü məlum oldu
Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyünə düşən pilotlar məlum olub.
Trend-in məlumatına görə, 45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində "UNİ-Virtuosi" komandasının pilotu Luka Qiotto 1-ci, "Carlin" komandasının pilotu Nobuharu Matsuşita 2-ci, "MP Motorsport" komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb.
Bundan sonra isə Formula 2-nin sıralama turu başlayacaq.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.
2016-cı ildə "Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
banner

Oxşar Xəbərlər