• cümə, 19 Aprel, 02:40
  • Baku Bakı 18°C

Bakıda Əsmər və Fərman üçün xeyriyyə yarmarkası keçiriləcək

16.06.21 18:30 363
Bakıda Əsmər və Fərman üçün xeyriyyə yarmarkası keçiriləcək
Əsmər Əlizadənin 13 yaşı var və artıq 13 ildir ki o, talassemiya ilə mübarizə aparır. Anası Əsməri və qardaşını tək böyüdür. Əsmərin yaşaması üçün daim bahalı dərmanlar qəbul etməsi və ildə bir neçə dəfə müayinələrdən keçməsi tələb olunur.
Fərman Qocayevin isə 6 yaşı var. Fərmanın ailəsi Qazaxda yaşayır, anası evdar qadın, atası ikinci qrup əlildir. Bir müddət öncə Fərmana sümük xərçəngi diaqnozu qoyuldu. Bir neçə kimyaterapiya kursu keçdikdən sonra həkimlər tərəfindən Fərmanın ayağının amputasiya olunacağı deyilmişdir. Lakin Türkiyədə həyata keçirilən yeni bir terapiya növünü alacağı təqdirdə buna ehtiyac qalmayacaq!
Hər iki ailə üçün övladlarının sağalması üçün tələb olunan yüksək məbləğin qarşılanması mümkün deyil. Məhz bu səbəbdən Nargis fondu iyunun 19-u Əsmər və Fərman üçün xeyriyyə yarmarkası təşkil edəcək. Yarmarkadan əldə olunan bütün gəlir hər iki uşağın müalicə xərclərinin qarşılanmasına yönələcək.
Əiz dostlar, hər birinizi bu şənbə günü, Landmark III Rotunda hall ünvanında gözləyirik! Səhər 9:00-dan 16:00-dək qapılarımız hər kəsə açıqdır. Xeyriyyə yarmarkamıza gəlməklə, siz həm şənbə gününü maraqlı keçirəcəksiniz, həm də ən önəmlisi iki uşağın xilas edilməsinə öz töhfənizi verəcəksiniz. Sizi hər yaşa və hər zövqə uyğun maraqlı proqram gözləyir. Övladlarınızı, dostlarınızı, valideynlərinizi, həmkarlarınızı götürün və bizə qoşulun.
Əsmər və Fərmanı birlikdə xilas edək!
Əlavə məlumat və təkliflər üçün (99412) 404 23 03, (99412) 404 23 13 telefon nömrələri və ya "Nargis” fondunun sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.
Facebook: https://www.facebook.com/NARGIS-FUND-168664393481603/
Instagram: https://www.instagram.com/nargis_fund/
banner

Oxşar Xəbərlər