• cümə axşamı, 25 aprel, 00:55
  • Baku Bakı 19°C

Bakıda əcnəbi vətəndaş itkin düşdü

29.12.18 16:29 611
Bakıda əcnəbi vətəndaş itkin düşdü
Bakıda əcnəbi vətəndaş itkin düşüb.
DİN-dən Trend-ə verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.
Sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.
Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
banner

Oxşar Xəbərlər