Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb

Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb

İdman
21 Sentyabr 2019, 20:45 152
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətlərində çoxnövçülük üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Trend-in məlumatına görə, birinci yeri Rusiya komandası, ikinci yeri Yaponiya komandası, üçüncü yeri isə Bolqarıstan komandası tutub.
Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasiliy Titov, Texniki Komitənin (FIG) vitse-prezidenti Şihoko Sekita və FIG Texniki Komitəsinin üzvü Daniela Dellekyayi təqdim ediblər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").