AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda dönərxananın fəaliyyəti dayandırılıb

Bakıda dönərxananın fəaliyyəti dayandırılıb

Təfsilat
16 May 2021, 13:30 301
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb.
Bu barədə Kaspi.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhmanov Əyyub Vahid oğluna məxsus "Yanar Dönər” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Eyni zamanda, işçilərin tibbi müayinədən keçirilməsinə dair arayışların mövcud olmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.