• cümə axşamı, 18 aprel, 14:51
  • Baku Bakı 22°C

Bakıda DJ-lərin festivalı keçirilib

18.04.14 16:43 1092
Bakıda DJ-lərin festivalı keçirilib
Ötən əsrin əvvəllərində yaranan disk jokey, yəni di-cey sənəti xaricdə yetərincə inkişaf edib və incəsənətin, şou-biznesin ayrılmaz qoluna çevrilib. Elə Azərbaycanda da gənclər arasında az bir zamanda populyarlaşan DJ sənəti böyük maraga səbəb olur.
Park Bulvar AVM-də DJ Same və DJ Rimasın qatıldıgı festivalda onlar ən son musiqiləri ilə insanları sevindiriblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan festival bir gün boyunca davam edib. Müxtəlif saatlarda insanların qarşısına çixan DJ-lər bu tipli tədbirlərin əslində gənclərin DJ sənətinə “dırnaqarası” sənət kimi baxmamalarını aşıladagını bildiriblər. Tam əksinə bu sənətin gənclərin asudə vaxtlarının təşkilində mühüm rol oynaması və ən əsası onların pis vərdişlərə aludə olmaması üçün belə layihələrin vacibliyini vurgulayıblar. DJ-lər gəncləri maraqlandıran sualalrı da cavablandırıblar. Sənətin görünməyən tərəfləri haqda məlumat veriblər. DJ sənətinə gənclərin asudə vaxtlarının təşkili sənəti kimi baxmasına və maraqlı DJ yarışmasına xidmət edən layihə ugurla başa çatıb.
banner

Oxşar Xəbərlər