Bakıda dənizə düşən 14 yaşlı qızın vəziyyəti - AÇIQLAMA

Bakıda dənizə düşən 14 yaşlı qızın vəziyyəti - AÇIQLAMA

Kriminal
15 Aprel 2019, 12:00 223
Ötən gün Səbail rayonunda dənizə düşən 14 yaşlı Nəzrin Quliyevanın vəziyyəti yaxşılaşır.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, azyaşlı hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.