• çərşənbə axşamı, 23 aprel, 23:42
  • Baku Bakı 20°C

Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı

04.06.14 08:49 1054
Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı
APA-nın məlumatına görə, Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.
“Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslərin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, ölən şəxslərin 1973-cü il təvəllüdlü Eyyub Mustafayev, 1973-cü il təvəllüdlü Rüfət Cəfərov və 1977-ci il təvəllüdlü Ramin İbrahimov olması müəyyən edilib. Qəza nəticəsində xəsarət alan, 1986-cı il təvəllüdlü Aqşin Hüseynov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər