• şənbə, 20 Aprel, 05:43
  • Baku Bakı 15°C

Bakıda daha bir gimnastika yarışı ləğv olundu

14.03.20 18:37 1039
Bakıda daha bir gimnastika yarışı ləğv olundu
Bakıda aprelin17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.
"Report" AzərbaycanGimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, beynəlxalq turnirdə gənc və daha kiçik yaş qruplarından olan gimnastların iştirakı planlaşdırılırdı. Daha öncə Bakıda keçirilənidman gimnastikası üzrə Dünya Kuboku yarımçıqdayandırılıb.
banner

Oxşar Xəbərlər