Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı

Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı

Kriminal
20 May 2019, 21:32 451
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.
Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.
Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.